Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
10 may 2013 09:59 (UTC +04:00)

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

 

Azərbaycan prezidenti İlham Əliyev bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.


 

APA-nın məlumatına görə, dövlət başçısı H. Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub.

 

Prezident İ. Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb.

 

Prezidentlə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb.

 

Ziyarət axşam saatlarına qədər davam edəcək.

 

Qeyd edək ki, bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində H. Əliyevin anadan olmasının 90 illiyi qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1625
avatar

Oxşar yazılar