Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi üçün 3 milyon manat pul ayrılıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncam on doqquz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədi ilə verilib.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.