Prezident Dünya Əqli Mülkiyyət Təşkilatının rəhbəri ilə görüşüb
14 may 2014 16:10 (UTC +04:00)

Prezident Dünya Əqli Mülkiyyət Təşkilatının rəhbəri ilə görüşüb

Prezident İlham Əliyev mayın 14-də Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibi Frensis Qarrini qəbul edib. Lent.az-ın məlumatına görə, Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibi Frensis Qarri Bakının gözəl bir şəhər olduğunu məmnunluqla qeyd edib.


Dövlət başçısı Bakının gündən-günə inkişaf etdiyini, siyasi, iqtisadi və digər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini vurğulayıb.


Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689
avatar

Oxşar yazılar