Prezident Bəxtiyar Sadıqova ev bağışladı
17 dekabr 2013 13:12 (UTC +04:00)

Prezident Bəxtiyar Sadıqova ev bağışladı

Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova mənzil bağışlayıb. Lent.az-ın məlumatına görə, Sadıqov modern.az-a verdiyi açıqlamada faktı təsdiqləyib.

“Cənab prezident ehtiyacı olan hər kəsə yardım əlini uzadır, müalicəyə ehtiyacı olanı müalicəyə göndərir. Bir jurnalistin müraciətini belə, diqqətdən kənarda qoymur. Bu baxımdan mən də müraciət etmək qərarına gəldim. Müraciətimə dərhal reaksiya verildi. Mənə verilən mənzil şəhərin mərkəzində, “Zolotaya sreda” deyilən yerə yaxın binada 3-cü mərtəbədə yerləşir. Otaqlara gəlincə, 160 kvadratdır. Neçə otaq istəsəm, evi bölə bilərəm. Hər ailəyə prezidentin xeyir-duası qismət olmur. Bu da bir səadətdir ki, bizə nəsib oldu. Prezident İlham Əliyevə hədsiz  minnətdarıq. İnşallah, həmin evdə oğlumu evləndirib ora yerləşdirəcəm” – deyə Bəxtiyar Sadıqov Modern.az-a açıqlamasında bildirib.

Bəxtiyar Sadıqov Azərbaycan jurnalistlərinin ən böyük dostunun İlham Əliyev olduğunu vurğulayıb. “Ölkə KİV-i cənab prezidentimizi ikinci dəfə özlərinə “jurnalistlərin dostu” seçiblər və bu təsadüfi deyil. İlham Əliyev bu şərəfli ada layiqdir”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260
avatar

Oxşar yazılar