Prezident Bakıda çörək zavodunun açılışında iştirak etdi  - YENİLƏNİB
18 oktyabr 2013 18:49 (UTC +04:00)

Prezident Bakıda çörək zavodunun açılışında iştirak etdi - YENİLƏNİB

Oktyabrın 18-də prezident İlham Əliyev Bakının Xətai rayonu ərazisində “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavodunun açılışında iştirak edib.
Lent.az-ın məlumatına görə, bu zavod Azərbaycan prezidentinin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq dövlətin güzəştli krediti və “Gilan Holdinq” MMC-nin vəsaiti hesabına yaradılıb.
Dövlət başçısı müəssisəni işə salıb və istehsal prosesi ilə tanış olub. Bildirilib ki, zavodda quraşdırılan ən müasir avadanlıq istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Müəssisədə ümumilikdə 50 çeşiddə çörək və çörək məmulatı istehsal olunur.


Sonra prezident zavodun dequstasiya salonunda hazır məhsulların nümunələrinə baxıb.
Dövlətimizin başçısı müəssisədə yaradılan şəraitdən razılığını bildirib.

 

Sonra Prezident İlham Əliyev paytaxtın Xətai rayonundakı Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, ərazisi 1,8 hektar olan parkda yenidənqurma işlərinə bu ilin yanvarında başlanılıb, avqustda başa çatdırılıb. Parkda geniş yaşıllıq zolağı salınıb, attraksionlar, fəvvarə kompleksi, ana və uşaq kafesi və s. yaradılıb. Parkda sakinlərin istirahətinin səmərəli təşkili üçün hər cür şərait var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2962
avatar

Oxşar yazılar