Prezident “Notariat haqqında” qanuna edilmiş dəyişikliyi təsdiqlədi
22 dekabr 2017 18:15 (UTC +04:00)

Prezident “Notariat haqqında” qanuna edilmiş dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Notariat haqqında” Qanununda edilmiş dəyişikliyi təsdiq edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, qanunun 36-cı maddəsinin birinci hissəsinə “aparılması” sözündən sonra “və bununla əlaqədar xidmətlərin göstərilməsi” sözləri, “tələb etmək,” sözlərindən sonra “elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək, habelə” sözləri, “dövlət reyestrinin” sözlərindən sonra “, eləcə də dövlət torpaq kadastrının” sözləri, “yazılı” sözündən sonra “və ya elektron” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib.

 

“Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcısına keçirilərək təsdiq edilməlidir.”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar