Polşalı mer UNEC-də olub
14 mart 2017 15:08 (UTC +04:00)

Polşalı mer UNEC-də olub

 

 

 

Bakıda səfərdə olan Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun meri Burmistri Tomaş Kuxarskinin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonaqlar UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH qrupları, UNEC Biznes Məktəbi, İnnovativ Biznes İnkubatoru, kitabxana, Radio UNEC və UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Abidə ilə tanış olublar.

 

UNEC-in rektoru  Ədalət Muradov qonaqlara Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti barədə ətraflı məlumat verib və İqtisad Universitetinin beynəlxalq əlaqələrindən söz açaraq, UNEC-in Polşa universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

 

Qonaqlar Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirərək, burada olmaqdan məmnun qaldıqlarını bildiriblər. Bu ölkə ilə, xüsusi ilə UNEC-lə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə önəm verdiklərini vurğulayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Oxşar yazılar