Polislərin elektroşok qurğusundan istifadəsi məhdudlaşdırılır
12 sentyabr 2014 17:38 (UTC +04:00)

Polislərin elektroşok qurğusundan istifadəsi məhdudlaşdırılır

 

 

Azərbaycanda polis əməkdaşlarının elektroşok qurğusundan istifadəsi yalnız daxili işlər nazirinin əmri ilə mümkün olacaq.

 

Lent.az-ın "Trend"ə istinadən xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov bildirib ki, bununla bağlı “Polis haqqında” qanuna dəyişikliklər təklif olunur.

R.Cəbrayılov qeyd edib ki, hazırkı “Polis haqqında” qanuna görə, rota komandirinin, bölük komandirinin tapşırığına əsasən hər bir polis bu qurğudan istifadə edə bilər: “Dəyişiklik ondan ibarətdir ki, elektroşok qurğusunu gəzdirəcək şəxslərin, yəni zabitlərin dairəsi daxili işlər nazirinin əmri ilə müəyyən ediləcək”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və ilk iclasda müzakirəyə çıxarılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911
avatar

Oxşar yazılar