Polislər məcburi köçkünlərə 63 min manat yardım etdilər
27 dekabr 2012 16:36 (UTC +04:00)

Polislər məcburi köçkünlərə 63 min manat yardım etdilər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində  daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı polis heyəti Sabirabad rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ə.Ələkbərovın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən didərgin düşmüş insanlara çatdırıb.

 

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb, xüsusi diqqət və həssaslıqla yanaşdığına görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edib. Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirib.

 

Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılıb. Vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563
avatar

Oxşar yazılar