Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub.
Həmin məktəblər üzrə Akkreditasiya komissiyalarının çıxışları dinlənilib. Təhsil naziri peşə təhsili müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi, müvafiq ixtisasların akkreditə olunması barədə qərar qəbul edilib.