Pensiyaçılara DSMF-dən bayram müjdəsi - <span style="color:red;">YENİLƏNİB
14 mart 2014 17:19 (UTC +04:00)

Pensiyaçılara DSMF-dən bayram müjdəsi - YENİLƏNİB

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib. O qeyd edib ki, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək yekunlaşdırılması planlaşdırılır. Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam başa çatdırılıb və müvafiq vəsaitlər pensiyaçıların hesablarına köçürülüb.
“Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb”-deyə Fondun sədri qeyd edib.
 

Qeyd edək ki, 2014-cü ilin yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 277 053 nəfər təşkil edir. Onlardan 62 faizi yaşa görə, 27,3 faizi əlilliyə görə, 10,7 faizi ailə başçısını itirməyə görə əmək pensiyası alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3587
avatar

Oxşar yazılar