Pasportlarla bağlı vahid qanun olacaq
16 sentyabr 2014 18:08 (UTC +04:00)

Pasportlarla bağlı vahid qanun olacaq

 

 

Azərbaycanda pasportlarla bağlı vahid qanun formalaşır, bununla bağlı qanunvericilikdə dəyişikliklər edilir.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun adı dəyişdirilərək “Pasportlar haqqında” qanun edilir. Bununla bağlı qanundan bir sıra maddələr ləğv edilərək çıxarılır.

 

Yeni layihəyə əsasən, qanundan 1-ci (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ), 2-ci (Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi), 11-ci (Xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti) və 15-ci (Azərbaycan Respublikasına pasportsuz və ya vizasız gələn əcnəbilər) maddələr ləğv edilir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2281
avatar

Oxşar yazılar