Ötən il qadınlara qarşı 1803 cinayət törədilib
03 iyul 2014 22:40 (UTC +04:00)

Ötən il qadınlara qarşı 1803 cinayət törədilib

Zorakılıqla bağlı cinayətlərin 713-ü qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində törədilib

 

Ötən il qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara və yetkinlik yaşlarına çatmayanlara qarşı törədilən cinayətlər nəticəsində 30 qadın dünyasını dəyişib.

 

 

Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlama yayıb. Məlumata əsasən keçən il belə cinayətlər nəticəsində 3 azyaşlı və 3 yeniyetmə ölüb.

 

Ümumilikdə ötən il qadınlara qarşı zorakılıqla bağlı 1803 cinayət törədilib. Onların 51-i yetkinlik yaşına çatmayan qızlara qarşı olub. Zorakılıqla bağlı cinayətlərin 713-ü qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində törədilib. Onların da 27-si yetkinlik yaşına çatmayan qadınlara qarşı olub.

 

Ötən il qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara və yetkinlik yaşlarına çatmayanlara qarşı törədilən cinayətlər nəticəsində 678 qadın, 5 azyaşlı, 25 yeniyetmə xəsarət alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983

Oxşar yazılar