Ötən il 500 nəfər dəm qazından zəhərlənib
23 fevral 2017 16:28 (UTC +04:00)

Ötən il 500 nəfər dəm qazından zəhərlənib

 

2016-cı il ərzində Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinin stasionar şöbəsinə 2200 xəstə qəbul olunub.

 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunlardan 800 nəfər - dərman, 500 nəfər - dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə ilə əlaqədar olaraq kəskin ağır, ağır və orta ağır dərəcədə şöbəyə daxil olublar. 90 xəstə ilan sancması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib.

 

Bildirək ki, allergik reaksiyalarla daxil olmada ötən illərlə müqayisədə 2,5-3 dəfə azalma müşayiət olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar