<b>Ötən il abituriyentlərin 56,4 faizi 0-200 bal toplayıb</b>
28 aprel 2017 12:19 (UTC +04:00)

Ötən il abituriyentlərin 56,4 faizi 0-200 bal toplayıb

Ötən il qəbul imtahanlarında 0-200 bal toplayan abituriyentlərin sayı 56,4% təşkil edib.

 

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2016-cı ilə dair illik hesabatında bildirilib ki, yüksək bal toplayan abituriyentlərin sayında ilbəil artım müşahidə olunur.

2016-cı ilin qəbul imtahanında cari ilin  məzunlarının 45%-i 200-dən az bal toplasa da, bu göstərici əvvəlki illərin məzunlarında 81% olub.

Bu da özünü bütün abituriyentlərin nəticəsində 200-dən az bal toplayanların çəkisinin artması şəkilində göstərir.

Lakin bunu da qeyd etmək lazımdır ki, 200-dən az bal toplayan şagirdlərin sayı 2015-ci illə müqayisədə 2016-cı ildə 3 %  azalıb.

Ümumiyyətlə, bu dinamika son dörd ildə hər il azalmağa doğru gedir. Belə ki, 2013-cü ildə 200-dən aşağı bal toplayan şagirdlərin sayı 65% olduğu halda, bu il bu rəqəm 56,4% ə düşüb.

Son dörd il üçün ən yüksək bal toplamış 10 000 nəfərin nəticələrində hər il 400-450 bal toplayanların sayının azaldığı, 450-700 bal toplayanların sayının isə artdığı  müşahidə olunur.

 

Bu artım tendensiyası ən yüksək bal toplayan abituriyentlər arasında da davam edib, yəni, əgər 2013-cü ildə 480 nəfər 650-700 bal toplamışdırsa, bu rəqəm 2014-cü ildə artaraq 511, 2015-ci ildə 707, 2016-cı ildə isə 734 nəfər olub.

 

Eyni artım dinamikasını 650-600 və 500-550 bal aralıqlarında da müşahidə etmək olar.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Fərizə Əhmədova

Oxşar yazılar