Ötən ay şadlıq evlərindən 1232 yaxma nümunəsi götürülüb. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
Yanvar ayı ərzində əhali arasında 65 qida zəhərlənməsi hadisəsi baş verib, 67 nəfər zərərçəkən olub. O cümlədən 5 botulizm hadisəsi baş verib, 8 nəfər zərərçəkən olub.