Orucluq ayı başladı
29 iyun 2014 00:11 (UTC +04:00)

Orucluq ayı başladı

 

Bu gündən Ramazan ayı başlayıb. APA TV-nin məlumatına görə, şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı iyulun 28-i və ya 29-na təsadüf edəcək.

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan orucunu tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. QMİ-dən bildirilib ki, oruc və namaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan, elmə əsaslanan, milli-mənəvi birliyə xidmət edən cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə edilib.

 

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623

Oxşar yazılar