TQDK monitorinq imtahanlarına başladı
06 aprel 2015 10:20 (UTC +04:00)

TQDK monitorinq imtahanlarına başladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən etibarən 6 və 7-ci siniflər üçün  (aprelin 6-sı və 7-si) regionlarda monitorinq imtahanları keçirir. Lent.az-ın məlumatına görə, monitorinq imtahanları  Bakıda aprelin 9-u və 10-da olacaq. 11-ci siniflərdə monitorinq imtahanlarının regionlarda aprelin 20-si və 21-də, Bakıda isə 15-i, 16-sı və 17-də keçirilməsi nəzərdə tutulub.

İmtahan respublikanın 44 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Samux, Qazax, Ağstafa, Tovuz, Goranboy, Şəki, Zaqatala, Balakən, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Bərdə, Füzuli, Beyləqan, Şirvan, İmişli, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad, Masallı, Quba, Qusar və Xaçmaz) məktəblərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164

Oxşar yazılar