Orta ixtisas təhsili pilləsinin dövlət standartında dəyişikliklər edildi
28 oktyabr 2013 10:35 (UTC +04:00)

Orta ixtisas təhsili pilləsinin dövlət standartında dəyişikliklər edildi

Baş nazir Artur Rəsizadə  Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili pilləsinin  dövlət standartı və proqramı"nda dəyişikliklər edilməsi haqqında qərar verib. Lent.az-ın məlumatına görə, qərara əsasən "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı"nda bir sıra dəyişikliklər edilib. Belə ki, qərara  uyğun olaraq, ixtisasın təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120-180, ümumi orta təhsil bazasından təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditlərin tələbələr tərəfindən qazanılması məcburi olacaq.

Bundan başqa, yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil olunacaq.

Nazirlər Kabinetinin qərarında o da vurğulanır ki, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir və hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1360

Oxşar yazılar