Oqtay Şirəliyev: “Tənqidlərə diqqətlə yanaşın”
09 iyul 2014 18:25 (UTC +04:00)

Oqtay Şirəliyev: “Tənqidlərə diqqətlə yanaşın”

“Kütləvi İnformasiya Vasitələrində həkimlərlə bağlı tənqidləri eşidirik, görürük”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. O qeyd edib ki, tənqidlərə də diqqətlə yanaşmaq lazımdır: “Haqlı tənqiddən nəticə çıxarmağı bacarmalıyıq”.

 

Nazir vurğulayıb ki, bəzən həkimlərə qarşı haqsız tənqidlər də olur: “İnsanlar özlərinin, doğmalarının sağlamlıqları ilə bağlı məsələlərə həssaslıqla yanaşırlar. Onları anlamalı və heç zaman ruhdan düşməməliyik”.

 

O. Şirəliyevin sözlərinə görə, həkimlər xeyirxahlıqlarını insanlardan əsirgəməməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar