Ombudsman Sosial Müdafiə Nazirliyinə müraciət edəcək
21 aprel 2014 13:06 (UTC +04:00)

Ombudsman Sosial Müdafiə Nazirliyinə müraciət edəcək

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Şağan qəsəbəsində yerləşən Əqli qüsurlu uşaqlar üçün 3 saylı  internat evinə baş çəkiblər. Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Məqsəd müəssisədə olan uşaqlara qarşı rəftar və  saxlanma şəraitinin araşdırılması olub. Başçəkmədə MPQ üzvləri ilə yanaşı Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının idarə heyətinin sədri Nazir Quliyev də ekspert qismində iştirak edib.

 

Araşdırma zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib,  şərait və saxlanılanlara qarşı rəftar qənaətbəxş qiymətləndirilib. Adı çəkilən müəssisə müasir standartlara uyğun şəkildə yenilənib, zəruri avadanlıqlarla təchiz edilib. Başçəkmənin sonunda internat evinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

 

Həmçinin Ombudsman tərəfindən bəzi təkliflərlə ƏƏSMN-nə müraciət ediləcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar