Ölkəmizdə nə qədər böyrək xəstəsi var?
09 aprel 2013 10:53 (UTC +04:00)

Ölkəmizdə nə qədər böyrək xəstəsi var?

 

 “Orta statistik rəqəmlərə görə, dünya əhalisinin hər milyon nəfərinə 650-900 xroniki böyrək xəstəsi düşür ”. Lent. az -ın məlumatına görə, bunu Tədris Terapevtik Klinikasında keçirilən konfransda Səhiyyə Nazirliyinin baş mütəxəssisi Mehman Ağayev bildirib. M. Ağayevin sözlərinə görə, Azərbaycanda bu rəqəm təqribən 2 dəfə az- 350-400 nəfər təşkil edir: “Nazirlər Kabineti tərəfindən 2006-cı ildə qəbul olunmuş Dövlət Proqramı bu problemin həlli üçün geniş imkanlar yaradıb”-deyə, nazirliyin baş mütəxəssisi əlavə edib.

Konfransda həmçinin o da vurğulanıb ki, Bakı şəhəri və regionlarda 2150 xəstə hemodializ müalicəsi qəbul edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar