Od çərşənbəsində hava yağıntılı olacaq
03 mart 2014 12:52 (UTC +04:00)

Od çərşənbəsində hava yağıntılı olacaq

Martın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gecəyə doğru isə yağış yağma ehtimalı var. Cənub küləyi əsəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu gecə 3-6, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da martın 4-də gündüz qərb rayonlarında, axşama doğru isə bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacaq.  Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır.

 

Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060

Oxşar yazılar