Obama azərbaycanlı tələbəyə fəxri diplom verib
13 iyun 2014 14:59 (UTC +04:00)

Obama azərbaycanlı tələbəyə fəxri diplom verib

0

ABŞ-ın Men ştatında “Thornton Academy” məktəbini qızıl medalla bitirən Toğrul Hümmətov ABŞ prezidenti Barak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ABŞ-ın təhsil sistemində mövcud qaydalara görə, yerli məktəblərdə yüksək bilik və bacarıq nümayiş etdirən, məktəbi qızıl medallarla bitirən şagirdlər ölkə prezidenti tərəfindən diploma layiq görülür.

 

Qeyd edək ki, T. Hümmətov belə bir medala və mükafata layiq olan ilk azərbaycanlıdır. T. Hümmətov ABŞ-ın Boston şəhərində yerləşən Bryant Universitetinə qəbul olub və ali təhsilini bu universitetdə davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1268

Oxşar yazılar