Nikah müqavilələrinə dair layihə həyata keçirilir
28 avqust 2014 13:20 (UTC +04:00)

Nikah müqavilələrinə dair layihə həyata keçirilir

 

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam ailə modelini formalaşdıraq!” layihəsini icra edir.

 

Lent.az-ın verdiyi məlumata görə, layihə çərçivəsində Şirvan, Hacıqabul, Ucar, Kürdəmir, Yevlax və Bərdə rayonlarının hər birində 16-70 yaş arası qadın və qızlar üçün, 18-70 yaş arası oğlan və kişilər üçün nikah müqaviləsinin mütləqiyyət tərtibatı problemlərini müəyyən etmək və yaranmış problemlərin həll olunma strategiyasının işlənməsi məqsədi ilə 6 təlim-seminar keçirilib.

Layihə rəhbəri İsgəndər Ağakişiyev Bakı ilə yanaşı, Şirvan, Hacıqabul, Ucar Kürdəmir, Yevlax və Bərdə rayonlarında əhali arasında sosioloji sorğu keçirildiyini, nikah müqaviləsinə aid rəy və təkliflərin öyrənildiyini bildirib. Sorğunun nəticələri xüsusi məruzə (hesabat) şəklində çap olunaraq, qanunverici, dövlət strukturları, KİV-lərin, VVAQ və məhkəmə nümayəndələrinin arasında yayımlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar