Bu dəfə Almaniyaya Nicat Dağlar ilə qardaşı Rəşad Hüseynov da gedib. Jurnalist bildirib ki, alman həkimləri onu da müayinədən keçirib, potensial donor kimi saxlayacaqlar.
Qeyd edək ki, leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Nicat Dağlar, bir neçə dəfə müalicə üçün Gürcüstanda olub. Jurnalistlərin və ictimai təşkilatların prezidentə müraciətindən sonra Nicat Dağların müalicə xərclərini dövlət öz üzərinə götürərək onu Almaniyaya göndərib.