Bu gün Bakının iki rayonunda su olmayacaq. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, rayonun Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədar saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.