NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
Mənə dayaq nöqtəsi verin, dünyanı yerindən tərpədim iddiasında olan Arximed bu gün yaşasaydı, o dayaq nöqtəsinin İraq olduğunu isbatlayardı. İŞİD artıq o nöqtəni tapıb və artıq dünyanı silkələməyə başlayıb. Yaxın Şərqdə gərginliyin ağırlıq mərkəzi artıq Suriyadan İraqa köçüb. Suriya kimi İraqdakı xaos da idarə olunmayan xaosdur, amma daha təhlükəlidir. Çünki bu xaos müsəlmanın ən zəif damarına hesablanıb - məzhəb damarına. İŞİD məzhəb davası altında ölkəni bölməyi planlaşdırır. İŞİD İraqa atılmış bir maqnitdir, türk diplomatları girov götürməklə Türkiyəni, “əhli-sünnə”yə toxunmayacağıq deməklə İranı münaqişənin mərkəzinə çəkməyə çalışır. İŞİD-in bu gün yayımladığı xəritə burulğanın mərkəzinə çəkilməsi nəzərdə tutulan digər ölkələrin də olduğunu göstərir. Dünya 2001-ci ilə - “Əl-Qaida”nın doğum ilinə qayıdır, qəribəsi budur ki, supergüclər bunu anlamır, ya anlamaq istəmir. Əgər anlasalar, və ya anlamaq istəsələr, o zaman ləngimədən beynəlxalq koalisiya formalaşdırar və bu təhlükəyə qarşı birləşərdilər. Əfqanıstan və İraqdan çıxdıqdan sonra Qərb, konkret isə Birləşmiş Ştatlar özünün yaratdığı bu təhlükəni region dövlətlərinin əli ilə aradan qaldırmağa ümid edir. İlk növbədə isə Türkiyənin. Türk konsulluğuna hücum İŞİD-in intiqam projesidirsə, Qərb üçün bu, Türkiyəni dövrəyə soxmaq planıdır. Bu mənada məncə “kimlərsə Türkiyəni odun ortasına çəkmək istəyir” iddiasında olanlar haqlıdır.

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 iyun
Oxşar yazılar

Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26
İnformasiya agentlikləri ilə bağlı YENİLİK
2 iyul 2025 , 10:24
Azərbaycanda xarici media - YENİ TƏLƏBLƏR
2 iyul 2025 , 10:18
Media Reyestrində olmadan fəaliyyət göstərənlər 5000 manatadək cərimələnəcək
2 iyul 2025 , 10:10
Azərbaycanda 3 nəfər zəhərlənmədən öldü
2 iyul 2025 , 09:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 iyul 2025 , 08:37
Bu BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02