GÜNÜN ŞƏRHİ
Dağlıq Qarabağ münaqişəsi nədənsə birdən-birə Birləşmiş Ştatların gündəminin əsas məsələlərindən birinə çevrilib. Bu ölkənin Ermənistandakı səfiri Con Xeffernin “Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır” bəyanatının ardınca Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik və ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da israrla bu bəyanatdakı fikirləri təkrarladılar. İlk baxışdan təəccüblü heç nə yoxdur, münaqişəni nizamlamaq prosesində vasitəçilik ABŞ-ın missiyasıdır və amerikalı diplomatlar bu missiyanı yerinə yetirməyə çalışır, yaxud çalışdıqlarını göstərmək istəyirlər. Bir əmma olmasaydı, bu bəyanatları alqışlamaq, “Amerika bizi dəstəkləyir” deyə xəyallara dalmaq olardı. Amma burada bir əmma var. Niyə Amerikanın Cənubi Qafqazda ən yüksək səviyyəli diplomatları birdən-birə az qala xorla “Ermənistan 7 rayonu qaytarmalıdır” bəyanatı ilə çıxış edir? Bizi çox istəyirlər? Bu, absurddur. Bizə canları yanır? Bu da absurddur. O zaman niyə? Deyəsən bizi suya göndərmək istəyirlər, çünki Vaşinqton ancaq 7 rayondan danışır, bizə mesaj verir ki, bunu alın, Allahınıza şükür edin. Və... Və Dağlıq Qarabağdan əlinizi üzün. Amma ucuz gedişdir. Vaşinqtonun niyyətini mən anlayıramsa, onda diplomatlarımız çoxdan anlamışdır.

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 09 İyul
Oxşar yazılar

Magistraturaya qəbul imtahanı keçiriləcək
11 may 2025 , 09:18
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
11 may 2025 , 06:42
"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ
10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC
10 may 2025 , 18:40
Sabahdan güclü külək əsəcək
10 may 2025 , 16:45
Azərbaycanda hava KƏSKİN SOYUYACAQ - XƏBƏRDARLIQ
10 may 2025 , 14:07
Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi
10 may 2025 , 12:25