Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 08 İyul
08 iyul 2014 20:05 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 08 İyul

GÜNÜN ŞƏRHİ

Əslində əksinə olmalıdır, Birləşmiş Ştatlar İŞİD liderinin görüntülərinin saxta olduğunu iddia etməli, Maliki hökuməti isə xeyr, bu İŞİD lideridir, o sağdır, bizim, sizin, hamının maraqları üçün təhlükədir deyə yaxasını cırmalı idi. Amma tərsinə olub, Maliki deyir ki, görüntüdəki Bağdadi deyil, ola bilməz, biz onu yaralamışıq, silahlılar onu Suriyaya qaçırıblar. ABŞ deyir, səsini kəs, Bağdadi yaralanmayıb, yaralana da bilməz, çünki biz onu yaxşı tanıyırıq, bizdə həbsxanada yatıb, həm də dörd il. Bunlar əlbəttə ki zarafatdır, amma hər zarafatda bir həqiqət payı da var. Həqiqət odur ki, ABŞ İŞİD-in bölgədə gücə çevrilməsində maraqlıdır. Həm də idarəolunan gücə. Vaşinqton Bağdadinin görüntülərinin həqiqi olduğunu söyləyirsə, deməli, onu idarə edə biləcəyinə, yaxud idarə etdiyinə əmindir. İŞİD-in bütün fəaliyyəti strateji baxımdan Vaşinqtonun maraqlarına cavab verir. İraqı parçalamaq, kürd dövləti yaratmaq, İrana qarşı təhdid formalaşdırmaq. Amerikanın bu maraqları Böyük Ortadoğu Projesində öz əksini tapıb, İŞİD bilərəkdən, yaxud bilməyərəkdən bu maraqları təmin edir. İŞİD Qərbə bir məsələdə də əvəzsiz xidmət göstərir - Qərbin Suriyada məğlubiyyətini unutdurur. Bir müddət əvvəl qaynar qazana bənzəyən Suriya artıq İŞİD sayəsində unutdurulub. Məntiqlə bu qədər xidmətin qarşısında ABŞ “burada mənəm, Bağdadda kor xəlifə deyən”, özünü xəlifə elan edən Bağdadinin ölümündə niyə maraqlı olmalıdır ki? Sözümü ötən həftə vurğuladığım bir fikirlə yekunlaşdırmaq istəyirəm – İŞİD bir amerikan projesidir. Bu qədər bəsit.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar