Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 04 İyul
04 iyul 2014 20:16 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 04 İyul

GÜNÜN ŞƏRHİ

“Qaramallı, bala, yadda saxla, dünyada idmanın ən gözəl növü futboldur, futbol”. Xalq artisti İlham Namiq Kamalın bir aktyorun tamaşasında söylədiyi bu sözlər bir zamanlar dilimizin əzbəri olmuşdu. Futbol doğrudan da ən gözəl idman növüdür, futbol üzrə dünya çempionatı isə azarkeşlər üçün Miloslu Venera heykəlidir. Artıq bir aya yaxındır ki, biz idmanın bu Miloslu Venerasını seyr edir, sevinir, stress keçirir, depressiyaya düşür və yenə sevinirik. Futboldan zəhləm gedir, işinizi-gücünüz yoxdur deyənlərin səmimiyyətinə inanmıram, azarkeş olsanız da, olmasanız da, bu xəstəlik sizdən də yan keçmir. Hər evdə dünya çempionatını izləyən ər, arvad, oğul, uşaq, qonşu, məhlə uşağı, Facebook dostu var. Özünüz baxmasanız da, onların keçirdiyi stressdən, yaşadıqları sevincdən sizlərə də pay düşür. Bunu etiraf edin və daha bir stressli gecəyə hazırlaşın. Çünki bu gün bizləri daha bir stressli gün gözləyir. Avropa derbisində Almaniya, yoxsa Fransanın, Cənubi Amerika derbisində Braziliya, yoxsa Kolumbiyanın qalib gələcəyi bu gün əksəriyyətimizi Ukraynadakı böhrandan, İŞİD-in meydan sulamasından, yollarda baş verən qəzalardan, hansısa avropalının Avropasayağı bəyanatından, hətta cibimizdəki pulun miqdarından belə çox maraqlandırır. Bəlkə belə deyil? Etiraf etmək böyüklükdür. Etiraf edin və böyük olun. Lap futbol kimi... Və yadınızda saxlayın: “Dünyada idmanın ən gözəl növü futboldur, futbol”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar