NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
Azərbaycanlı və Rusiya... Hələ sovet vaxtından bu ölkəyə qazanc mənbəyi üçün gedən insanlar olub... Onlardan çoxu ailələrini dolandırmaq üçün soyuq Rusiya şəhərlərinə üz tuturdular... O vaxt sovet vaxtı idi və biz hamımız böyük bir ölkənin hər yerində eyni hüquqlu vətəndaşlar idik... Təbii, o vaxt da kriminal xarakterli adamlar barədə xəbərlər gəlirdi... Amma qapalı ölkənin qapalı mətbuatı sovet təfəkkürü ilə desək, sovet vətəndaşına baş aşağılıq gətirən bu cür xəbərləri tirajlamırdı... Dövr, zaman dəyişdi, media orqanları da qapalılıqdan çıxdı və müstəqil KİV-lər yarandı... Yəni sovetlər dağıldı və biz müstəqil ölkələr olduq... Xalqlar da biri-birindən uzaqlaşmağa başladı... Azərbaycan nə qədər öz tolerantlıq imicini qorusa da Rusiyada bu ənənə saxlanılmadı... Biz bunu ən azı keçən ilin sonlarında nəinki azərbaycanlılara, hətta postsovet ölkələrindən olan bütün miqrantlara qarşı göstərilən münasibətdən gördük... Deməli vəziyyət dəyişib, Rusiya artıq o vaxt "Uruset" deyilən və "sezon"a pul qazanmaq üçün arxayın gedilən ölkə deyil... Hətta bu gün Rusiya vətəndaşı olan keçmiş ittifaqdaşlar üçün də...
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 7 may
569