Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 30 may
30 may 2014 20:15 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 30 may

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulmayacaq. Novruz Məmmədovun bu açıqlaması yəqin ki, ölkəmizin Ukraynada baş verən proseslərdən sonra bu ittifaqa qoşulmaqdan başqa yolu qalmadığı barədə spekulyasiyalara son qoymuş olacaq. Ölkəmizin bu məsələdə mövqeyi kifayət qədər arqumentləşdirilib - MDB və digər siyasi institutlardan fərqli olaraq yeni ittifaqın konkret işlək mexanizmləri var. Bu ittifaqda təmsilçilik qurumun potensial üzvü olan Ermənistanla konkret münasibətlərin qurulmasını diktə edir. Azərbaycanın müharibə şəraitində olduğu bir ölkə ilə konkret ticarəəlaqələrinə girə bilməyəcəyini ittifaq rəhbərliyi yaxşı anlayır. Əslində təşəbbüskarlara yaradılan ittifaqın siyasi çəkisindən çox, iqtisadi gücü daha vacibdir. İqtisadi gücün qorunması isə ciddi ticarət tərəfdaşları ilə, yəni həm də Azərbaycanla münasibətləri sağlam əsaslarda qurmağı tələb edir. Nazarbayevin də tələbi budur, qazaxların lideri açıq mətnlə deyir ki, Ermənistan ittifaqa yalnız BMT çərçivəsində qəbul olunmuş sərhədlərlə daxil ola bilər. Yəni, öz aranızda olan problemi yeni ittifaqa daşımayın. Ən məntiqlisi də elə budur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar