Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 12 may
12 may 2014 20:10 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 12 may

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

Atəşkəs. 20 ildir leksikonumuza daxil olan bu söz həyatımızın bir hissəsinə çevrilib. Xəbər bülletenlərində informasiya bloku “Ermənilər atəşkəs rejimini pozdular” başlığı ilə başlayır və təəssüf ki, hərdən “atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan ordusunun hərbçisi şəhid olub” xəbərləri ilə də müşayiət olunur. Atəşkəs haqqında saziş 20 ildir imzalanıb, bu saziş imzalananda doğulan oğlan uşağı böyüyüb, məktəbə gedib, məktəbi bitirib və artıq hərbi xidməti başa vuraraq geri qayıdıb. Atəşkəs rejiminin davam etməsi həm də Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmaması deməkdir. Atəşkəs haqqında sazişin imzalanmasından 20 il keçir demək həm də münaqişənin həllinə dair uğursuz danışıqların iki onillikdir davam etməsi anlamına gəlir. Mən də peşəkar diktorluq fəaliyyətim dövründə min dəfələrlə atəşkəs rejiminin pozulması haqqında xəbər oxumuşam. Amma artıq oxumaq istəmirəm, artıq atəşkəs sözü bir çox insanlar kimi mənim də gözümdən düşüb. Mən ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir xəbəri də oxumaq istəmirəm. Mən artıq münaqişənin nizamlanması prosesinin başa çatmasından neçə il ötür xəbəri oxumaq istəyirəm, çünki mən bu xəbərə susamışam.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650
avatar

Oxşar yazılar