Bakının Nəsimi rayonunda “Gül bayramı” keçirilib. Lent.az-ın məlumatına görə,
S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda keçirilən tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev hamını bayram münasibətilə təbrik edib. O bildirib ki, bütün şərəfli ömrünü Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığına həsr etmiş Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə uca tutulur.
Parkda sərgilənmiş gül kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm,
plakat, panno və müxtəlif əl işləri hamını heyran edib. Bayramda rayondakı
təhsil müəssisələrinin hazırladığı 6 minə yaxın əl işi nümayiş etdirilib. Rayondakı 7 və 20 saylı musiqi məktəbləri, H. Sarabski adına Mədəniyyət evinin kollektivi, respublikamızın tanınmış müğənniləri tərəfindən böyük konsert proqramı nümayiş etdirilib. Tədbirdə millət vəkili Məlahət İbrahimqızı da iştirak edib.