<b>Nərimanov prospektində hərəkət məhdudlaşdırılacaq</b>
27 fevral 2017 18:07 (UTC +04:00)

Nərimanov prospektində hərəkət məhdudlaşdırılacaq

0

 

 

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı  Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur.

 

 

“Azəryol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu işlər çərçivəsində sözügedən prospekt ilə avtonəqliyyat vasitələrinin hərəkəti sabahdan etibarən məhdudlaşdırılacaq. Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək.

 

Bildirək ki, hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar