Sürücülərin nəzərinə: Nəqliyyat Nazirliyi də maşınınızı apara bilər
Bir neçə gündür ki, Bakı küçələrində yol polisi kimi Nəqliyyat Nazirliyinin də evakuatorları peyda olub. Bakı Sərnişin Nəqliyyat MMC-dən Lent.az-a daxil olan məlumata görə, Bakıda sərnişindaşıma ilə məşğul olan avtobus və minik maşınları Nəqliyyat Nazirliyinin evakuatorları tərəfindən də cərimə meydançasına aparılacaq. əsas hədəf isə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan taksi sürücüləridir.
Məlumatda bildirilir: “Sürücülər tərəfindən vergini vaxtında ödəmədikdə, texniki müayinədən keçmədikdə və sürücü tibbi yoxlanış olunmadıqda lisenziyanın şərtləri pozulmuş hesab edilir. Bu zaman avtomobil xidmətdən kənarlaşdırılır və həmin avtomobilin Nəqliyyat Nazirliyinin cərimə meydançasında saxlanılır. Bundan başqa, əgər vətəndaşa şəxsi avtomobilini avtobus dayanacağında saxlayıb, avtomobili tərk edibsə və bununla da avtobusların hərəkətinə maneə yaradırsa, bu zaman nazirliyin evakuatorları həmin avtomobili cərimə meydançasına apara bilərlər”.