Nazirliklərin əməkdaşları arasında şahmat turniri
06 aprel 2013 20:17 (UTC +04:00)

Nazirliklərin əməkdaşları arasında şahmat turniri

 

Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar aprelin 6-da Azərbaycan Şahmat Federasiyasında İqtisadi İnkişaf Nazirliyinin (İİN) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Şahmat Turnirinə start verilib.

 

İİN-dən «APA-Economics»ə verilən məlumata görə, turnirdə nazirliyin aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 30-a yaxın əməkdaşı iştirak edir.

 

Oyunlar qrup sistem üzrə həftənin şənbə günləri keçiriləcək. Turnir mayın 4-də başa çatacaq və qaliblər İİN-in Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

 

Vergilər Nazirliyinin əməkdaşları arasında da Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi şahmat turnirinin açılış mərasimi keçirilib. Vergilər Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin açılış mərasimində vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda şahmatın ölkəmiz üçün ənənəvi idman növlərindən olduğunu, zəngin inkişaf yolu keçdiyini və Azərbaycanda böyük şahmatçıların yetişdiyini xatırladıb.

 

Vergi orqanlarının bütün struktur bölmələrinin nümayəndələrinin iştirak etdiyi, Olimpiya sistemi üzrə keçirilən turnir aprel ayının 27-də başa çatacaq.

# 930
avatar

Oxşar yazılar