Nazirlikdən iş yerləri ilə bağlı açıqlama
12 fevral 2014 11:41 (UTC +04:00)

Nazirlikdən iş yerləri ilə bağlı açıqlama

Dövlət Məşğulluq Xidməti sosial müdafiəyə xüsusi ehtiyac duyan vətəndaşları kvota üzrə iş yerləri ilə təmin edib. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti  tərəfindən 1 019 nəfər sosial müdafiəyə xüsusi ehtiyac duyan vətəndaş kvota üzrə iş yerləri ilə təmin edilib.

 

Onlardan 207 nəfərini əlillər, 228 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 216 nəfərini 20 yaşadək gənclər, 215 nəfərini qaçqın və məcburi köçkünlər, 38 nəfərini müharibə veteranları, 32 nəfərini şəhid ailələri, 21 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad  olunanlar və digərləri təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923

Oxşar yazılar