Nazirlikdən 217 min manatlıq cərimə
10 yanvar 2013 12:05 (UTC +04:00)

Nazirlikdən 217 min manatlıq cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 16-31 dekabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 75 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 18 müddətli məcburi göstəriş verilib.  


Ümumilikdə, 52 iş üzrə 217100 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 10 iş üzrə 9323.25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 133 iş üzrə 18896.46 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qruplarına 39 iş göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar