Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 252 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 70 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 53 iş üzrə 102350 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 7759.88 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 215 iş üzrə 297450.99 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qurumlarına 25, məhkəmələrə isə 2 iş göndərilib.

Nazirlikdən 102350 manatlıq cərimə
Oxşar yazılar

Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05
Sabah Bakıda hava əvvəlkilərdən də isti olacaq
19 iyul 2025 , 12:33
Bu rayonlara leysan yağdı - FAKTİKİ HAVA
19 iyul 2025 , 12:00
Köhnə qaydalar dəyişdi: artıq tanışlıqla sanatoriyalara getmək olmur - TAHİR KƏRİMLİYƏ CAVAB
19 iyul 2025 , 11:49