Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzində Gənc Alimlər Şurası yaradılıb.
Lent.az-ın məlumatına görə, Gənc Alimlər Şurasının yaradılmasında əsas məqsəd elmə gələn gənclərə köməklik göstərmək, xarici ölkələrin gənc alimləri ilə əlaqələrin qurulmasını təmin etmək, onlarla iş mübadiləsinin aparılması, görüşlər, kofrans və müşavirələr keçirməklə aqrar sahənin inkişafına nail olmaq, yüksək səviyyəli mütəxəssilər və alimlər yetişdirməkdir.
Gənc Alimlər Şurasına ölkənin müxtəlif elmi tədqiqat institutlarında çalışan gənclər cəlb olunub. Keçirilən yığıncaqlarda gənc alimlərin elmi işləri ətrafında müzakirələr aparılır, onlara müxtəlif tövsiyyələr verilir
Gənc Alimlər Şurasının sədri, Aqrar Elm Mərkəzinin elmi işlərin planlaşdırılması üzrə koordinasiya şöbəsinin baş mütəxəssisi Faiq Xudayevin verdiyi məlumata görə, iyunun ayının 17-18-də Azərbaycanda gənc alimlərin beynəlxalq konfransı keçiriləcək. Aqrar Elm Mərkəzinin təşkilatçılığı və Gənc Alimlər Şurasının təşəbbüsü ilə keçiriləcək konfransda bir neçə xarici ölkədən gənc alimlər də iştirak edəcək.