Nazirlik Xəzərdə reyd keçirdi
19 oktyabr 2013 14:15 (UTC +04:00)

Nazirlik Xəzərdə reyd keçirdi

Xəzər dənizinin su bioresurslarının mühafizəsinin gücləndirilməsi məqsədilə 16 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt istiqamətində, Corat qəsəbəsi sahillərində növbəti reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, reyd zamanı dənizdən 25 ədəd qanunla qadağan olunmuş ov aləti olan xırda gözlüklü sintetik axçalı balıq torları yığılıb, sahibləri məlum olmadığından müvafiq aktın tərtibindən sonra torlar yandırılaraq məhv edilib.

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin bioloji resurslarının mühafizəsi ilə bağlı reydləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Oxşar yazılar