Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22-23 iyun tarixlərində Azərbaycanda müşahidə edilən küləyin sürəti ilə bağlı məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, iyunun 22-23-də bəzi Kür vadisi rayonlarda, eləcə də ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda küləyin maksimal sürəti 18-26 m/s-yə çatıb.
Bakıda və Abşeron yarımadasında isə küləyin sürəti 30-32 m/s-dək güclənib.