Nazirlik direktorlar üçün yeni layihə keçirəcək
20 sentyabr 2016 16:47 (UTC +04:00)

Nazirlik direktorlar üçün yeni layihə keçirəcək

0

 

 

Sentyabrın 28-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda "Direktorlar klubu"nun təqdimat seminarı keçiriləcək.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən reallaşdırılan "Direktorlar klubu" layihəsi məktəb rəhbərlərinin davamlı peşəkar inkişafı, məktəb direktorlarına yeni məlumatların çatdırılması, peşəkar məsləhətlərn verilməsi, təlim və seminarların keçirilməsi, ölkədə və dünyadakı qabaqcıl təcrübənin öyrənilməsi və ötürülməsi məqsədlərinə xidmət edir.

 

"Direktorlar klubu"nun təqdimat seminarında iştirak etmək istəyən şəxslər qeydiyyatdan (http://bit.ly/2d7AQ2E) keçə bilərlər. Seminara dəvət məktubu müraciət etmiş direktorların elektron poçt ünvanına göndəriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar