Nazirlik 84 min 500 manat cərimələdi
21 oktyabr 2013 10:44 (UTC +04:00)

Nazirlik 84 min 500 manat cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 oktyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 122 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 34 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 23 iş üzrə təqsirkarlar 84 min 500 manat məbləğində inzibati qaydada cərimə olunub, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 168 min 777.7 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 159 iş üzrə 31433.9 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 17, məhkəmələrə isə 4 iş göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009
avatar

Oxşar yazılar