Nazirlik 15 gündə 100 min cərimələdi
07 oktyabr 2013 10:15 (UTC +04:00)

Nazirlik 15 gündə 100 min cərimələdi

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 15-30 sentyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.z-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 182 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 67 müddətli məcburi göstəriş verilib.

 


Ümumilikdə, 44 iş üzrə 112 min 100 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 10 iş üzrə 1045.45 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 188 iş üzrə 41 min 238.37 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qurumlarına 24 iş göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar