Kənd təsərrüfatı naziri İsmət Abasov Ucar rayonunda vətəndaşlarla görüşəcək. Bu barədə Lent. az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazir mayın 17-də Ucar rayonunda Ucar, Zərdab, Göyçay, Ağdaş, Kürdəmir rayonlarının sakinləri ilə görüşəcək. Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Ucar rayonuna gəlmələrinin təşkili Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.