Səhiyyə naziri Oqtay Şirəliyev mayın 3-də Astarada vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. O. Şirəliyev Astara, Masallı, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Astara Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.