Nazir səfirlərlə nədən danışdı?
18 oktyabr 2013 16:28 (UTC +04:00)

Nazir səfirlərlə nədən danışdı?

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstanın, Belçika Krallığının və Koreya Respublikasının ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Karen Petit, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, tələbə mübadiləsi, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar